bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı tələb edir: Rusiya təyyarəni vurduğunu etiraf etməlidir

27-12-2024, 10:44 1 dəfə baxılıb

 Azərbaycan hakimiyyəti Rusiyanın “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsini vurduğunu etiraf etməsini gözləyir.

Bu barədə "Reuters"-ə hakimiyyət orqanlarındakı mənbələr bildiriblər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Eyni zamanda, Mahaçqala hava limanı da enişə icazə verməyib. Buna görə də xilasetmə əməliyyatı üçün sürətli eniş mümkün olmayıb.

“Heç kim bunun qəsdən edildiyini iddia etmir, lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf edəcəyini gözləyir”, - mənbə bildirib.

“Reuters”in təhqiqatla tanış olan azərbaycanlı mənbələrindən biri nəşrə bildirib ki, ilkin nəticələr təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərib. Mənbə qeyd edib ki, Qroznıya yaxınlaşarkən təyyarənin dispetçerlərlə əlaqəsi elektron döyüş sistemləri tərəfindən iflic olub.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031