bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müharibədən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı

Bugün, 13:00 0 dəfə baxılıb

 "Fransa ilə Azərbaycan arasında münasibətlərin süqut dövrü hazırkı prezident Emanuel Makronun hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir".

Bizimlider xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycanın əksər məşhur ziyalıları cümhuriyyət dövründə təhsillərini məhz Fransada alıblar:

"Əhməd bəy Ağaoğlu və başqa ziyalılarımız orada təhsil aldıqdan sonra mənimsədikləri biliklərin Azərbaycanda tətbiqinə başlayıblar. Sovet İttifaqı dağıldıqdan sonra Fransa özünü neytral göstərməyə çalışsa da, hiss olunurdu ki, Ermənistana diplomatik səviyyədə dəstək göstərir. Vaxtilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcud olub, lakin hazırda bunu söyləmək mümkün deyil.

2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031