bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyanın ABŞ fiaskosu - Atlantik Şuranın baş nazirə sürpriz Azərbaycan məqaləsi

6-02-2025, 20:30 0 dəfə baxılıb

 Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxınlaşmaq üçün dəridən qabıqdan çıxır. Baş nazir Nikol Paşinyanın sürpriz ABŞ səfərini də bu qəbildən hesab etmək olar.

Hökumət başçısı Vaşinqtonda Atlantik Şurasında keçirdiyi görüşlərdə region ölkələri ilə münasibətlər, sülh prosesi ilə bağlı müzakirələr aparıb, lakin Nikol Paşinyan gözlənilməz sürprizlə qarşılaşıb. Müzakirələr apardığı, debatlara qatıldığı bir dönəmdə Atlantik Şurasının saytında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. Azərbaycan məqalədə etibarlı, tolerant və sülh tərəfdarı olan ölkə kimi xarakterizə olunub.

Şübhəsiz ki, dünyanın nüfuzlu beyin mərkəzi olan Atlantik Şurası tərəfindən dərc olunan məqalə Tramp administrasiyasının Azərbaycanla münasibətlərə necə böyük önəm verməsinin göstəricisi hesab oluna bilər.

Ən önəmli olan isə məqalənin məhz erməni baş nazirin görüşlərinin keçirildiyi gündə dərcidir. "ABŞ Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər" başlıqlı məqalədə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin necə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031