Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, onun andiçmə mərasiminə bir gün qalmış Ukraynadakı münaqişəyə son qoya bilməsi qeyri-real görünür.
Bunu Donald Tramp administrasiyasında ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin baş məsləhətçisi işləmiş Russell Berman "Lenta.ru"ya deyib.
“Tramp nəinki “bir günə” sülh gətirmək istəyir, hətta Ağ Evə girməzdən əvvəl bunu etməyi planlaşdırdığını deyir. Bu cür müddətlər tamamilə qeyri-realdır, çünki inauqurasiyaya qədər o, yalnız adi vətəndaş olaraq qalacaq”, - Berman deyib.
Bundan əlavə, Trampın Ukrayna ilə bağlı planının nəyi ehtiva etdiyi hələ də tam aydın deyil. Bermanın sözlərinə görə, bu ideya Riçard Niksonun 1968-ci il seçkiləri zamanı danışdığı, lakin sonrakı illərdə heç vaxt həyata keçirilməyən Vyetnam müharibəsini bitirmək planına bənzəyir.
Professor hesab edir ki, eyni zamanda, Donald Trampın ABŞ prezidenti Co Bayden və Demokrat namizəd Kamala Harrisdən fərqli olaraq, hərbi əməliyyatların dayandırılmasına böyük əhəmiyyət verdiyi aydındır.