bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlham Əliyevdən görüşlə bağlı İLK AÇIQLAMA

11-01-2021, 21:19 141 dəfə baxılıb

İlham Əliyevdən görüşlə bağlı İLK AÇIQLAMA
Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

“Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”, - Əliyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930