bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mübariz İbrahimovun adı Türkiyədə əbədiləşdirildi - FOTO

13-04-2021, 16:09 631 dəfə baxılıb

Mübariz İbrahimovun adı Türkiyədə əbədiləşdirildi - FOTO


Türkiyənin Denizli şəhərinin Çameli rayonunda, Atatürk Məktəbində qurulan və Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən texniki kodlama və robotlaşdırma üzrə emalatxananın açılışı olub.

DHA xəbər verir ki, açılışda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlıları Konqresinin başçısı Asif Qurban, Çameli icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cingiz Arslan və başqaları iştirak edib.

“Başda proqramlaşdırma olmaqla, tələbələrimizin gələcəkdə yeni PUA, SİHA, S 500 hazırlamaları məqsədi ilə bu sinfi yaratdıq. Eyni zamanda, bu emalatxanaya azərbaycanlı şəhidimizin adını qoymaqla övladlarımızın soydaşlıq şüurunu gücləndirməyi hədəfləmişik”, - deyə mərasimdə çıxış edən Kerem Yenigün bildirib.

Çameli Bələdiyyə başçısı Cingiz Arslan Azərbaycan-Türkiyə qardaşlığını gücləndirmək üçün Azərbaycanda bir bələdiyyə ilə əlaqə quracaqlarını və yerli rəhbərliklər baxımından əməkdaşlıq edəcəklərini açıqlayıb.

Mərasimdə son olaraq çıxış edən Xəzər İbrahim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan robot kodlaşdırma emalatxanasının açılmasından qürur duyduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031