bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub

8-05-2021, 18:02 646 dəfə baxılıb

Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub


Ermənistan kütləvi informasiya vasitələrinin azərbaycanlılara qarşı şər-böhtanı tez ifşa olunub.

“Report” xəbər verir ki, Ermənistanın Niderland Krallığındakı səfirliyi guya üç azərbaycanlının erməni vəkil Anna Akopyanı bıçaqlaması ilə bağlı yayılan yalanı təkzib edib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-də vəkil qadının bıçaqlanması ilə bağlı yayılan məlumatın əsası yoxdur: “Bıçaqlanmış kimi şəkli yayılan qadın sağ-salamatdır. Onun bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan KİV-i Niderlandda Anna Akopyanı erməni olduğu üçün üç azərbaycanlının bıçaqladığına dair şayiə yaymışdı. Bu məlumat krallığın rəsmi dairələri tərəfindən təsdiqlənməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930