bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda noutbukların satışı azalıb

4-07-2022, 11:27 38 dəfə baxılıb

Azərbaycanda noutbukların satışı azalıb



Bu ilin iyun ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı may ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.

“APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı cari ilin iyulun 1-nə 67,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 9,3 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin iyun ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 0,6 faiz bəndi artaraq iyulun 1-nə 31,1% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3 faiz bəndi azdır.

Hesabatda bu ilin iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,04% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir. Bu seqment üzrə cari ilin iyun ayında (may ayına nisbətdə) 0,1 faiz bəndi artım qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031