bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda kimya sənayesi üzrə istehsal 18% artıb

13-08-2022, 12:58 75 dəfə baxılıb

Azərbaycanda kimya sənayesi üzrə istehsal 18% artıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 milyard 339,4 milyon manatlıq kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatları istehsal edilib.

Bizimlider.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 18 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 9,5 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9 faiz, kimya məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya məmulatlarının istehsalı 11,9 faiz artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 18,2 faiz azalıb.

Bizimlider.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930