bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yeni maşın almaq istəyənlərə şad xəbər

Dün, 14:00 0 dəfə baxılıb

 Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək. Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.

 Xəzər TV-yə istinadən məlumat verilir ki, son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb. Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.

Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur. İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s. Bu isə bəzi avtomobillərin, xüsusilə də mühərrik həcmi 2 000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.

İqtisadçı Xalid Kərimli bildirib ki, rüsumların belə hesablanması hər hansı sosial problem yaratmır.

Onun sözlərinə görə, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.

Bundan başqa, son illər ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031