bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" - 15 yaşlı Gəncə sakini

23-10-2020, 12:26 88 dəfə baxılıb

"Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" - 15 yaşlı Gəncə sakini
Hacı Nuran Gəncədə erməni vandalizmindən zərər çəkən 15 yaşlı Amin Əsgərovu ziyarət edib.

DİA.AZ xəbər verir ki, Amin həmin gecəni belə xatırlayıb:

"Bir də gördüm ki, hər yer toz-dumana büründü. Panellərin altında qaldım. Məni güclə xilas etdilər. Elə hey Allaha yalvarırdım".
Hacı Nuranın sözlərinə görə, Amin həmin gecə namaz qılırmış və onu elə ibadət xilas edib: "O, 17 oktyabr tarixini ömrü boyu unutmayacaq. Həmin gecə Amin namaz qılırmış. Biz onunla hər şeydən danışdıq. Qonşularının ölümündən tutmuş, müharibədəki zəfərə qədər. Amin xəsarət alsa da bunu özünə dərd etmir. O deyir ki, "Bəs əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?".
Mən 15 yaşlı bu yeniyetmənin ağlına, inamına və imanına heyran qaldım. Bir Azərbaycan gəncinin bu qədər etiqadlı və inamlı olması onun mənəvi gücündən irəli gəlir. Amin həm də dərs əlaçısıdır. O, pandemiya səbəbindən dərslərin onlayn keçirilməsinə bir o qədər də şad deyil. Deyir ki, "Mən məktəbsiz qala bilmirəm. Müəllilmlərimin, sinif yoldaşlarımın canlı ünsiyyəti üçün darıxmışam. Kaş həyat tezliklə axarına düşəydi, biz də qalib ölkənin vətəndaşı kimi dərsə gedəydik"".
"Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" - 15 yaşlı Gəncə sakini
"Əsgərlərimiz canlarından keçirlər, mənim onlardan nəyim artıqdır ki?" - 15 yaşlı Gəncə sakini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930