bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Makron: "ABŞ Aİ-yə yeni tariflər tətbiq edərsə, özündə inflyasiyaya gətirib çıxaracaq"

10-02-2025, 10:30 2 dəfə baxılıb

 "Ağ Evin əsas problemi Çindir".

Bizimlider CNN-ə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Avropa İttifaqı (Aİ) ölkələrinə gömrük vergiləri tətbiq etmək planlarını şərh edərkən söyləyib.

Onun sözlərinə görə, ABŞ üçün Avropa ilə əlaqələr birinci dərəcəli mövzu deyil:

"Vaşinqton Aİ iqtisadiyyatına zərər verməkdənsə, diqqətini digər çətinliklərə cəmləməlidir. Ağ Ev üçün əsas problem Çindir".

Fransa lideri hesab edir ki, ABŞ gömrük vergilərini tətbiq edərsə, bu, Birləşmiş Ştatların özündə qiymət artımına və inflyasiyaya gətirib çıxaracaq.

Xatırladaq ki,  D.Tramp ABŞ-nin Aİ ilə ticarətdə 300 milyard dollardan artıq kəsiri olduğunu və bu məqsədlə yeni tariflər tətbiq edəcəyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728