bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Əliyevin dediyi kimidir, gorbagor oldu” - Zöhrabyan

1-02-2021, 11:21 129 dəfə baxılıb

“Əliyevin dediyi kimidir, gorbagor oldu” - Zöhrabyan
14 oktyabrda müharibəni dayandırmaq üçün imkan var idi.

Bizimlider.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan fraksiyasından olan Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan "Facebook" səhifəsində yazıb.

"14 oktyabrda müharibəni dayandırmaq üçün imkan var idi. Həmin vaxt itkilərimizin sayı rəsmi məlumatlara görə 800-ü keçmirdi. Oktyabrın 14-də ikinci mərhələdə Qarabağın statusu məsələsini həll etmək imkanı da olmuşdu. Nikol Paşinyan da bu təklifi "Lavrovun pis planı" hesab edərək rədd etdi.
İndi Qarabağın 75 faizini itirdik, minlərlə qurban, minlərlə itkin düşən, minlərlə əlil və minlərlə deportasiya olunanımız var.

Qarabağın statusu məsələsi isə, Artsrun Ovannisyanın söz ehtiyatından istifadə etsək, Əliyevin dediyi kimi, "gorbagor” oldu. Bax belə”, - deyə siyasətçi yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031