bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Kukla”larla oynayır, ildə bir dəfə siqaret çəkir - Zaxarovanın gizli dünyası

7-07-2022, 13:25 41 dəfə baxılıb

“Kukla”larla oynayır, ildə bir dəfə siqaret çəkir  - Zaxarovanın gizli dünyası

Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova siyasi müstəvidə kifayət qədər məşhurluq qazanıb. Rəsmi Moskvanın "güzgüsü" rolunda çıxış edən Zaxarova Rusiya tarixində XİN nümayəndəsi təyin edilən ilk qadın olub. Cazibədar mətbuat katibi bəzi həmkarları tərəfindən yaxşı qarşılansa da, onu istəməyənlər də az deyil.
Bəs Mariya Zaxarova kimdir?
BizimLider.com Rusiya XİN sözçüsünün həyatı ilə bağlı kiçik araşdırma edib. Nəticədə Zaxarova ilə bağlı xeyli maraqlı faktlar üzə çıxıb.

Sovet dövründə Rusiya Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransları darıxdırıcı olurdu. Bir qayda olaraq, kostyumlu ciddi kişilər quru, rəsmi elanları oxuyur, sonra eyni rəsmi dildən istifadə edərək suallara cavab verirdilər. Siyasətçilər bildirirlər ki, Zaxarovanın gəlişindən sonra nazirliyin ab-havası tamamilə dəyişib.

47 yaşlı rus diplomatın sayəsində ütülü statistikalar tarixə qovuşub, əvəzində rəngli və zarafatçıl obraz yaradılıb. Zaxarova Rusiyada adı ilə tanınan azsaylı sözçülərdən biridir. Onun brifinqləri məşhur sənətçilər kimi milyonlarla insan tərəfindən izlənilir.
Müşahidələr göstərir ki, o, həmişə diplomatik protokola əməl etmir. Bəzən çılğın davranışları ilə diqqət çəkir, bəzən də replikalar ataraq zalda jurnalistlərin diqqətini əsas suallardan yayındırır. Bir sözlə, Zaxarova ən ciddi və problemli məsələlərdə belə auditoriyanın nəbzini tutmağı bacarır. Hətta o, bir dəfə tok-şouda ukraynalı şərhçiyə "İcazə verin danışım, yoxsa rus raketlərinin necə səsləndiyini eşidərsiniz!" deyib.
Zaxarova Barak Obama administrasiyası dövründə odlu-alovlu çıxışları ilə ABŞ mətbuatının gündəmindən düşmürdü. O, Obamanı tənqid edərək, xarici siyasətdə heç bir uğurunun olmadığını deyirdi.
Zaxarova 1975-ci ildə diplomat ailəsində anadan olub. Onun atası Vladimir Zaxarov 1981-ci ilin sonunda ailəni Pekinə köçürüb və orada Sovet səfirliyində işləməyə başlayıb. Ata Zaxarov karyerasının böyük hissəsini Çinə həsr edib, əvvəlcə səfirlikdə çalışıb, sonra Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini vəzifəsinə qədər yüksəlib. Demək olar ki, Pekini və Şanxayı Moskvadan daha yaxşı tanıyırdı.
Xanım Zaxarova ailəsinə çox bağlıdır. O, peşəkarlıqda atasının, xasiyyət baxımından isə anasının yolunu davam etdirir. Anası İrina Zaxarova Moskvanın məşhur Puşkin Muzeyində çalışıb. Atası isə həmişə diplomatiyaya bağlı olub.

Zaxarovanın dediyinə görə, valideynləri doğuşdan öncə onun oğlan olacağını düşünüblər.
"Anadan olanda atam məni ciddi qəbul etməyib. Lakin məni sevirdi, böyütdü, amma gözləntiləri az idi. Mən bunu şüurlu şəkildə dərk etməmişəm, amma düşünürəm ki, bu, məndə iz buraxıb. Rusiya peşəkar dünyasında qadınlara tez-tez aşağı baxıldığını görəndə isə təəccüblənmədim”,- Zaxarova müsahibəsində bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930