bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır

23-09-2023, 09:31 1 dəfə baxılıb





Gürcüstan hökumətinin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır.

“Bizim hökumətimizin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır. Coğrafi mövqeyimizin yaratdığı çətinliklərə baxmayaraq, biz Ukraynanı və beynəlxalq ictimaiyyəti tədbirli siyasətimiz və tərəfdaşlarımızla yaxın kordinasiya ilə dəstəkləməklə yanaşı, öz xalqımızı əmin-amanlıqda saxlamağı bacarmışıq. Mənim hökumətim vasitəsilə “Dinc Qonşuluq Təşəbbüsü” (irəli sürülüb). Biz Ermənistandan və Azərbaycandan olan qonşularımız və dostlarımızla Cənubi Qafqaza nəhayət qalıcı sülhün gətirilməsi üçün işləməyə hazırıq”, - Qaribaşvili deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930