bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq

23-09-2023, 09:33 0 dəfə baxılıb





Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi Avropada və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.

O, bildirib ki, layihə eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafına yardım edəcək və bu iki region arasında tranzit üçün yeni imkanlar yaradacaq.

Baş nazir Gürcüstanın Azərbaycan və Qazaxstanla “Orta dəhliz”in gücləndirilməsi istiqamətində gördüyü işlərdən də danışıb:

“Orta dəhliz” Şərqlə Qərbi birləşdirən təhlükəsiz və etibarlı marşrut kimi ortaya çıxıb. Biz 2022-2027-ci illərdə maneələri aradan qaldırmaq və “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq. Sözügedən yol xəritələrində nəqliyyat-logistika infrastrukturunun inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin hazırlanması, dəhlizin rəqəmsallaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi konkret tədbirlər nəzərdə tutulub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930