Ukraynada keçirilən sorğunun şok nəticəsi: Əraziləri verək ki...
Amerikalı jurnalistlər Rusiya ilə münaqişənin gedişi ilə bağlı Ukrayna vətəndaşları arasında keçirilən sorğuları təhlil ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Müəlliflərin fikrincə, bəzi ukraynalılar Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə hazır olduqlarını bildiriblər.
"Sorğular göstərir ki, ukraynalıların kiçik, lakin getdikcə artan azlığı Rusiyaya ərazi güzəştlərinin sülh üçün qaçılmaz qiymət ola biləcəyinə inanır", - agentlik bildirib.
Nəşr vurğulayır ki, il ərzində Ukrayna üçün müharibə zonasında vəziyyət demək olar ki, dəyişməyib. Qərb ölkələrinin dəstəyi də Kiyevə kömək etmir.