bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

29-11-2023, 08:45 2 dəfə baxılıb






Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub.

Publika.az xəbər verir ki, manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz təşkil edib.

Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.

Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?

Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit faizlərinin dərəcəsi ilə əlaqələndirib.

Deputat deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.

Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək olmasıdır.

Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30