bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünya çempionatı: Portuqaliya millisi Bolqarıstanı məğlub etdi

Bugün, 08:00 0 dəfə baxılıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Bizimlider.com xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.

D qrupunun matçı Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Bizimlider.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib - 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.

Bizimlider.com xəbər verir ki, turnirin Milli Gimnastika Arenasında keçirilən ilk oyununda Fransa və Çad komandaları üz-üzə gəliblər.

B qrupunun qarşılaşması Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, bu gün daha yeddi matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Bizimlider.com xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu

20:30. Azərbaycan - Bəhreyn

23:00. Mavritaniya - Sloveniya

B qrupu

09:15. Fransa - Çad

21:45. Rumıniya - Özbəkistan

C qrupu

10:30. Macarıstan - Türkiyə

13:00. Ukrayna - İngiltərə

D qrupu

11:45. Bolqarıstan Portuqaliya

14:15. Slovakiya - Hindistan

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031