bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vaqif Cavadov "Kəpəz"in baş məşqçisi təyin olunacaq?

Dün, 09:00 1 dəfə baxılıb

 Yerli mediada yayılan xəbərlərə görə Azər Bağırovla yolları ayıran "Kəpəz" klubu baş məşqçi postuna Vaqif Cavadovu gətirmək istəyir. Hətta əmisi İsgəndər Cavadov və qohumu İlqar Qurbanovla yanaşı klubun idman məsələləri üzrə müşaviri Erkin İbrahimov da bu keçidin baş verməsini istəyir. Belə ki, tərəflər arasında ilkin danışıq da olub.

Bu barədə Bizimlider-ə açıqlama verən Vaqif Cavadov xəbərləri təkzib edib.

"Hazırda "Sumqayıt" klubunun strukturunda çalışıram və bu xəbərlər həqiqəti əks etdirmir. Hətta mənə "Kəpəz" klubundan təklif belə gəlməyib", - deyə Vaqif Cavadov bildirib.

Mövzu ilə əlaqədar olaraq "Kəpəz" klubunun da fikrini öyrəndik.

Məsələ ilə bağlı Bizimlider-ə açıqlama verən "Kəpəz" klubunun Media və marketinq departamentinin direktoru Gəray Qiyasov isə bildirib ki, baş məşqçi postuna yerli mütəxəssis gətirmək istəsələr də, konkret ad yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031