Türkiyədə dəhşətli qəzaya düşən Azərbaycan nömrəli avtomobilin sahibinin KİMLİYİ BİLİNDİ
Türkiyədə, Iğdır-Aralıq magistralının Taşburun kəndi ərazisində qəzaya düşən avtomobil sahibinin kimliyi məlum olub.
Bizimlider-in əldə etdiyi məlumata görə, "Mitsubishi" markalı, Azərbaycana məxsus 68-CA-524 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi 1993-cü il təvəllüdlü Naxçıvan sakini Gəray Ərastun oğlu İbrahimovdur.
Onun etibarnamə verdiyi şəxs isə 1995-ci il təvəllüdlü Naxçıvan sakini Rövşən Qurban oğlu Əliyevdir.
Türkiyənin Iğdır vilayətində, Taşburun yolunda avtomobil qəzası baş verib, Azərbaycan nömrəli avtomobil aşıb.
Bu barədə Bizimlider İHA-ya istinadən xəbər verir.
Məlumata görə, qəza zamanı beş Azərbaycan vətəndaşı yaralanıb və yaralananlardan biri hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə xilasetmə və jandarma qrupları göndərilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Iğdır Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.