bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…

6-12-2023, 09:49 1 dəfə baxılıb



ÜST alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasını tövsiyə edir.



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əksər ölkələrin sağlam həyat tərzinin təbliği üçün vergi mexanizmlərindən düzgün şəkildə istifadə etmədiyini müəyyənləşdirib, alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasına çağırıb.

“Turantv.az” Report-a istinadən xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Təşkilatın Cenevrədəki baş qərargahı əksər ölkələrin bu vasitədən sağlam həyat tərzini stimullaşdırmaq üçün istifadə etmədiyinə diqqət çəkib.

Ümumilikdə hər il dünyada 2,6 milyon insan alkoqoldan, 8 milyondan çox insan isə qeyri-sağlam qidalanmadan ölür.

ÜST-nin qeyd etdiyi kimi, 108 ölkə tərkibində şəkər olan içkilərin müəyyən növlərinə vergi qoyub. Azı 148 ölkə milli səviyyədə spirtli içkilərə aksiz vergisi tətbiq edib. Eyni zamanda, azı 22 ölkədə şərab aksiz vergisindən azaddır ki, onların da əksəriyyəti Avropa qitəsindədir. Dünyada ən çox satılan pivə brendinin qiymətində orta hesabla aksiz vergisinin payı 17,2 % təşkil edir.

Təşkilat 2017-ci ildə apardığı araşdırmanı xatırladıb: “Alkoqol qiymətlərinin 50 % artırılması 50 il ərzində 21 milyondan çox ölümün qarşısını alacaq və təxminən 17 trilyon dollar əlavə gəlir əldə ediləcək.

ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rudiger Kreç deyib ki, qeyri-sağlam məhsulların vergiyə cəlb olunması ictimai sağlamlığın yaxşılaşdırılmasına kömək edir, həmçinin zorakılıq və yol-nəqliyyat xəsarətlərinin qarşısını alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930