bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Boşananlara cərimə tətbiq edilsin - Psixoloq

16-12-2023, 13:45 2 dəfə baxılıb





2 hal boşanmaya səbəb ola bilər: ailədə şiddət və xəyanət varsa, o ailə dağılmağa məhkumdur. Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcəkdir.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib.

“Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır. Boşanmaların sayını azaltmaq üçün təkcə psixoloqların fəaliyyəti yetərli deyildir. Ailə problemləri ilə bağlı fəaliyyət göstərən bütün qurumlar bu məsələdə birgə çalışmalıdır”, - psixoloq bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930