bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xərclədiyi pullar Vardanyanı Bakının “qandalı”ndan xilas etmədi

19-12-2023, 09:43 3 dəfə baxılıb



“Forbes” jurnalı Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar haqda məlumat yayıb.

2022-ci ildə o, Qarabağda yaratdığı qondarma “biz və bizim dağlar agentliyi” vasitəsilə təxminən 900 min dollar pul xərcləyib. Ruben 2001-ci ildən 2023-cü ilə qədər – 22 il ərzində Ermənistana və Qarabağa “xeyriyyə” adı altında ümumilikdə 700 milyon dollardan çox “sərmayə” qoyub.

Vardanyanın bu qədər pul xərcləməsinin əsas məqsədi “xeyriyyə” adı altında çirkli pulların yuyulması idi. 44 günlük müharibədən sonra isə Ruben yatırdığı investisiyanı siyasi kapitala çevirmək planını işə saldı. Qarabağa köçməsinin səbəblərindən biri də bu idi və Xankəndidən İrəvana “artsax qəhrəmanı” olaraq getməyi, Ermənistanda Paşinyana qarşı mübarizədə siyasi müxalifətin yeni lideri olmağı düşünürdü. Lakin nə xərclədiyi pullar, nə də Rusiya və Avropadakı dostları Vardanyanı Bakı həbsxanasından xilas etmədi. Onun həbsindəki ən maraqlı detal - ehtimal isə Bakının Samvel Babayanı “yem kimi” istifadə etməsi idi.

Vardanyan hələ də xaricdəki “dostları”nın onu xilas edəcəyinə ümidini itirməyib, hərçənd, “dostları” haqda məlumatları Azərbaycan müstəntiqləri ilə həvəslə paylaşdığına dair məlumatlar da var. Bu baxımdan, onun istintaqının nəticələri və məhkəməsi beynəlxalq miqyaslı səs-küyə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930