bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağdamdan Xankəndiyə qatarla nə zaman gedəcəyik? - VİDEO

27-12-2023, 10:42 2 dəfə baxılıb



Yaxın gələcəkdə Ağdama daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialından tam istifadə ediməsinə imkan yaradacaq.

Publika.az xəbər verir ki, artıq Bakı-Xankəndi dəmir yolunun Bərdə - Ağdam hissəsinin çəkilişi başa çatıb.

2024-cü ildə isə Xankəndiyə dəmir yolu xətti çəkiləcək.

Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov bildirib ki, Ağdam şəhərində daxili yolların uzunluğu 200 km-ə yaxındır:

“Burada geniş, altı-səkkiz zolaqlı prospektlər var. Tarixi-mədəni mərkəz hissəsi beş yaşayış kompleksindən, açıq səma altında İşğal Zəfər Muzeylərindən, İmarət Kompleks Sarayından, Cümə Məscidindən və İnzibati mərkəzdən ibarətdir. Şəhərin mərkəzi hissəsinin hazır olması ilə yanaşı, bu hissələri əhatə edən daxili yol komunikasiya şəbəkəsi də qrafikdə göstərilmiş zamana uyğun olaraq hazır edilib təhvil veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30