bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

22-02-2024, 15:33 0 dəfə baxılıb




Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Publika.az xəbər verir ki, O, 20 gün müddətində burada stasionar qaydada saxlanılacaq və müddətin psixi vəziyyəti ilə bağlı ekspertiza rəyi veriləcək.

Mövzu ilə bağlı danışan tanınmış psixiatr, ümumi və məhkəmə psixiatriyası üzrə beynəlxalq eskpert Nadir İsmayılov deyir ki, tibb müəssisəsində təyin edilmiş ekspertiza Əhməd Əhmədovun psixi xəstə olub-olmamasını müəyyənləşdirəcək.

Onun sözlərinə görə, ekspertiza şübhəli ilə söhbət əsnasında cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsini öyrənəcək.

Psixiatr onu da vurğuladı ki, xəstə olub ekspertizaya cəlb edilən adamların sadəcə 10-15%-i anlaqsız hesab olunaraq xəstənaya müalicə üçün göndərilir. Qalanları anlaqlı sayılır və öz cəzalarını çəkir.

Əhməd Əhmədovun cinayəti anlaqlı vəziyyətdə törətdiyi müəyyən olunarsa, o, həbs olunacaq. Əgər onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi aşkarlanarsa, ciddi şöbədə məcburi müalicəyə göndəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930