bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyəyə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR UCUZLAŞACAQ

25-02-2024, 19:09 1 dəfə baxılıb






Türkiyədə tətil qiymətləri 2024-cü ildə ruslar üçün bir neçə dəfə ucuzlaşacaq.

Publika.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, türk otelçiləri artıq qiymətləri 20 faiz aşağı salıblar, lakin bu, son hədd deyil, çünki ölkə itirilmiş rus turist axınını geri qaytarmaq istəyir. Son qiymət aprel ayında məlum olacaq. Bununla belə, erkən rezervasiyalar artıq üç dəfə artıb.

2022-ci ildə Türkiyədə səkkiz günlük tur adambaşına 1064 avroya, 2023-cü ildə isə 870 avroya başa gəlib. Amma endirim nəzərə alınanda real qiymət 703 avro olub. Hesab olunur ki, bu qiymət 615-659 avroya qədər düşə bilər.

“Misir isə, əksinə, qiymətləri artırıb. İndi isti Afrika ölkəsində beşulduzlu oteldə “hər şey daxil” istirahət 1600 dollardan başlayacaq. Bu, BƏƏ ilə müqayisədə daha bahadır”, - Mash qeyd edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031