bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Günümüzün paradoksu və ya incəsənətimizi incə qorumayanlar...

29-02-2024, 15:27 0 dəfə baxılıb


Sovet dövrü hər zaman müstəqilliyimizin və azadlığımızın məhdudlaşdığı dövr kimi xatırlanır. Lakin sovet dövrü həm də mədəniyyətimizin yüksəldiyi dövr kimi xatırlanır. XXI əsrlərin ilk 10 illiyində isə "müasirləşmək" adı ilə sanki çox şey süquta uğradı. Xüsusilə də musiqimiz.
Nədir buna səbəb?
İlk öncə dəyərli sənətkarlar vardı, onlar musiqini öz övladları kimi sevir və incəsənətimizi qoruyurdular.
Dəyərli sənətkarlarımız uzun illər öz əsas kumirinə – Musiqiyə sədaqətlə xidmət etdilər. Onlar böyük məhəbbətin, xilaskar sevginin əsrarəngiz labirintlərindən keçərək pərəstişkarlarının ürəklərini mahnıları ilə riqqətə gətirməyi bacarırdılar və o möhtəşəm əsərlər qətiyyən unudulmurdu. Çünki həmin dövr sənətkarları sadəcə oxumurdu, oxuduqları hər bir mahınını yaşayırdılar, hər bir nəğməyə ürəklərini qoyurdular. Onlar həm musiqi təhsili almış, həm böyük bəstəkar və şairlərlə işləmiş, təkmilləşmiş və mədəniyyətin nə olduğunu anlayaraq yaşayıb yaratmışlar.
İndi isə çox şey yalnız şəxsi mənafe xatirinədir. Halbuki əvvəlcə sənət, sonra isə pul gəlməlidir.
Hazırda Azərbaycanda belə bir paradoks var - sənətə dəxli olmayan adamlar sənətdə meydan oxuyurlar. Onların "reytinqi" əsl sənətkarlardan çox-çox yüksək sayılır.
Keçmişdə televiziya və radio, mətbuat üzərində senzura, bu işi həyata keçirən qurum var idi. Düzdür, o vaxtlar bu qurum sovet ideologiyasına xidmət edirdi. Artıq bu gün nə Sovet İttifaqı var, nə də onun ideologiyası. Fikrimcə, nəzarət bu gün millətimizin əxlaqını və tərbiyəsini qorumağa qadir yeganə vasitədir. Biz müstəqil, demokratik dövlətik. Demokratik cəmiyyət nə anarxiyanı, nə də xaosu təbliğ edir. Amma bu gün televiziyalar millətimizin mədəni səviyyəsini aşağı salır.
İncəsənət elə bir sahədir ki, burada birdən-birə populyarlaşan yox, illərlə zəhmət çəkən əsl sənətkarlar yaddaşlarda qalacaq.
Uzun müddət klassik, retro, xalq mahnıları üzərində müşahidələr aparan, onları həddən artıq çox sevən və keyfiyyət tərəfdarı olan biri kimi musiqimizin sabahı məni narahat edir. Nə qədər ki, səsi olmayanlar, gərəksiz danışıqlarla gündəmdə qalanlar, şou-biznes adlanan bataqlıqda hərlənənlər var, yüksəlişdən söz gedə bilməz!
Doğrudur, ara-sıra keyfiyyətli musiqilər yazılır. Lakin cümlədən göründüyü kimi, ara-sıra.
Teleradio kanallarına savadlı və peşəkar musiqişünaslar işə götürülməlidir. Musiqi təbliğatı kanalın reytinqi xatirinə aparılmamalıdır. Müntəzəm şəkildə Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyinin müvafiq strukturları ilə məsləhətləşmələr aparılmalıdır. Ayrı-ayrı mütəxəsisslərin rəyləri nəzərə alınmalıdır, onların tövsiyələri həyata keçirilməlidir. Mətbuatda çıxan tənqidlərə ciddi yanaşılmalıdır. Nəhayət, bu işə ehtirasla yox, ağılla yanaşılmalıdır.
Müşahidə apardıqda fikir verirəm ki, xaricilər bizim musiqi qarşısında baş əyir, sevir, həzz alır, dinlədikcə dinləmək istəyirlər. Bəs özümüz niyə bu zəngin sərvətimizi irəliyə aparmağa çalışmırıq?!
Axı musiqi ruhun qidasıdır. Gəlin ruhumuzu pak, təmiz, əsrarəngiz musiqiyə təslim edək. İşimizə yüksək sevgi, keyfiyyət və ağılla yanaşaq. Qoy biz olmayandan sonra da bizi incəsənət adlı tarixdə mükəmməl sənətkar olaraq xatırlasınlar.


Rəna Baxşəliyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930