Dərmanların qiymətləri ucuzlaşacaq? - Açıqlama
Dərmanların qiymətləri ilə bağlı da iradlar var.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişkiliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, bu gün dərmanların qiymətinin optimallaşdırılması istiqamətində işlər aparılır.
“Elektron resept və təqib sistemi kömək edəcək ki, artıq vətəndaşlar dərmanların qiymətləri barədə rahat məlumat əldə edə bilsinlər.
Ölkəmizdə dərman istehsalı müəssisələrinin fəaliyyətə başlaması rəqabət mühiti yaradacaq və bu da qiymətlərə öz müsbət təsirini göstərəcək”, - deyə söyləyib.