bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı

14-08-2024, 12:54 0 dəfə baxılıb



Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oqtay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiyə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930