Ukrayna Kurskda xüsusi zona yaradır: Kiyev nə etmək istəyir?
Kiyev Kursk vilayətində “təhlükəsizlik zonası” yaratmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib. O, həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti Kursk vilayətində mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasını nəzərdən keçirir.
Baş nazirin müavini iddia edir ki, Ukrayna hökuməti Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçilərindən istifadə etməklə “humanitar əməliyyatların aparılması” imkanlarını öyrənir. "Müvafiq hazırlıqlar aparılır", - Vereşçuk əlavə edib.
“Ukraynanın sərhəd rayonlarını (ilk növbədə Sumı vilayətinin sərhədyanı rayonlarını) qorumaq üçün Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində Ukrayna ərazisinə bitişik təhlükəsizlik zonası yaradır”, - baş nazirin müavini vurğulayıb.