Zelenski Kurskdakı vəziyyəti açıqladı: "Uğurla irəliləməkdə davam edirik"
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində uğurla irəliləməkdə davam edir.
Publika.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində bildirib.
“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, - Prezident deyib.
Xatırladaq ki, daha əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.