bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"İtirilmiş şəhər" tapıldı: həyatın sirri 1268 metr dərinlikdədir

31-08-2024, 17:37 0 dəfə baxılıb



Atlantik okeanında həyatın ilkin kimyasının formalaşdığı və qorxunc qaya qüllələri ilə maraqlı mənzərə yaratdığı güman edilən yeni bir bölgə kəşf edilib.

Alimlər kəşf etdikləri 1 mil uzunluğundakı əraziyə "İtirilmiş şəhər" və "Cənnət bağı" adını veriblər.

Bu yer okeanın 1268 metr dərinliyində qayalıq ərazidə yerləşir. Bu kəşflə həyatın mənşəyinə dair ipucuların tapıldığı iddia edilib.

Massaçusets ştatında “Woods Hole” Okeanoqrafiya İnstitutunun ekspedisiya üzvü Frieder Klein bu barədə açıqlama verib: “Bizim indi planetdə həyatın yaranmasında iştirak etdiyi güman edilən prosesləri sistematik şəkildə öyrənməyə imkan verəcək daşlardan ibarət xəzinəmiz var”.

Araşdırma “Science” jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930