SAĞLAMLIĞIN KEŞİYİNDƏ DAYANMAQ QÜRURVERİCİDİR
Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.
Öz işini vicdan və ləyaqətlə icra edən həkimlərimiz çoxdur. Bu gün 17 saylı Şəhər Poliklinikasının savadlı həkimləri İnsanların sağlamlığının keşiyində layiqincə dayanırlar. Onlar bu gün respublikamızın Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana biliblər. 17 saylı Şəhər Poliklinikasının müdiri, Tibb üzrə fəlsəfə doktoru Səbinə Məmmədova və həkim kollektivi Kazımova Pərvanə Terapevt şöbəsinin müdiri, Əhmədova Günel pediator həkim, Məmmədova Ruhiyyə nevroloq həkim, Həsənova Leyla USM həkimi və digərlərinin adını çəkmək olar ki, onlar daim əhaliyə tibbi xidmət göstərirlər. Bu tibb persenalı imkansız ailələrə, şəhid ailələrinə əllərindən gələn köməyi edirlər. 17 saylı Şəhər Poliklinikası 15.000 çox əhaliyə xidmət göstərir. Mərkəzdə çalışan tibb bacıları öz işlərini vicdanla yerinə yetirirlər, xəstələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırlar.
Onlar, bu gün çox nikbindirlər, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərlərinə düşən bütün vəzifələri bir həkim kimi vicdanla və məsuliyyətlə yerinə yetirirlər. Biz də öz növbəmizdə belə tibb işçiləri ilə qürur duyuruq və uğurlar arzulayırıq.
CEYHUN VAQİFOĞLU