ŞƏFA VERƏN ƏLLƏR
Yer üzünün əşrəfi sayılan insan yanar bir şama bənzəyir. Şam yandıqca əriyir və işığını ətrafa yayır. İnsan da həyatda etdiyi yaxşı əməlləri ilə gündən-günə püxtələşməyə doğru irəliləyir.
Həyatda yaxşı insan amili olmaq xoşbəxtliyin zirvəsidir. Bu zirvəni fəth etmək də hamıya nəsib olmur. Bu zirvəni fəth edən insanlar daim ümumi mənafeyi şəxsi mənafedən üstün tuturlar. Bu minvalla da həyatın dolanbac yollarında irəliləyərək uğur üstə uğur qalayırlar.
Həyatda bu amalla yaşayan insanlar çoxdur. Bilgəh Sağlamlıq Mərkəzinin həkimləri də olduqca savadlı, qayğıkeş, səmimi insanlardır. Bilgəh Sağlamlıq Mərkəzinin Baş həkimi Çingiz İbadullayev və həkim kollektivi Könül Quliyeva USM həkimi, Mamayeva Yeganə Laboratoriya şöbəsinin həkimi və və sevə-sevə hörmət qoyduğumuz digər həkimlər.
10 ilə yaxındır ki fəaliyyət göstərir. USM baxışı ilə könül xanım işinin peşəkarı olaraq heç bir xəstəni narazı salmır. Laboratoriyada olan analizlər layiqincə, düzgün yerinə yetirilir. Sözügedən tibb ocağında cərrah Xanlarova Natavan, Kardioloq Milanova Kəmalə, endikronoloq Bağırov Turan, nevropatoloq Şirinova Yeganə, öz işlərini layiqincə yerinə yetirirlər. Baş tibb bacısı Arzu Əsgərova da sayılıb seçilən tibb bacılarından biridir. Sağlamlıq Mərkəzi 16.500 nəfər əhaliyə xidmət göstərir.
Biz də öz növbəmizdə Bilgəh Sağlamlıq Mərkəzinin bütün həkim kollektivinə öz işlərini vicdan və ləyaqətlə icra etdikləri üçün təşəkkür edir, uğur və yeni-yeni nailiyyətlər arzu edirik.
CEYHUN VAQİFOĞLU