bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

5 OKTYABR Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər

4-10-2024, 10:19 6 dəfə baxılıb




5 OKTYABR Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında”adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, hər zaman onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayırdı, bu müqəddəs peşə sahiblərinin qayğısına qalırdı.

Bu gün Ümummilli Lider siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair həmişə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə daha da yaxşılaşır. Bu gün təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir.

Hər il Prezident İlham Əliyevin yeni tikilən, əsaslı təmir olunan təhsil ocaqlarında olması, orta məktəblərin təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisidir. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərindən fərqlənmir, hətta onları üstələyir. Müasir məktəblər təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər isə yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Peşə bayramınız mübarək Əziz Müəllimlər!






Nadir Fərrux oğlu Qəhrəmanov
BDU-nun "Ümumifizika" və FTM kafedrasının professoru,
fizika-riyaziyyat elmləri doktoru, "Şöhrət" ordenli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930