bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zəfərə gedən şanlı yol

25-10-2024, 21:22 20 dəfə baxılıb




27 sentyabr 2020-ci il tarixi
Azərbaycanın zəfərinin
başlanğıc günüdür

44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. Sentyabrın 27-də Ordumuz uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttini yararaq, altı kəndin - Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərini, Murov zirvəsini işğaldan azad etdi.
Azərbaycan Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesində iştirak etməklə, sülhə sadiqliyini göstərmişdir. Lakin qarşı tərəf ötən müddət ərzində danışıqlar prosesində irəliyə getmək üçün hər hansı addım atmadı. Ermənistanda uzun illər cinayətkar xunta rejimlərinə rəhbərlıik etmiş Robert Köçəryan, Serj Sarkisyan münaqişənin dondurulmasına, mövcud status-kvonun saxlanılmasına, beləliklə də, Qarabağ məsələsini tamamilə beynəlxalq gündəmdən çıxartmağa, unudulmasına çalışırdılar. 2018-ci ildə hakimiyyətə gələn Paşinyan isə təxribatçı bəyanatları ilə sülhə ümumiyyətlə zərbə vurdu. Bütün bunlar isə Bakının əsəblərini tarıma çəkirdi. Təxribatlar hərtərəfli davam edirdi - həm verilən bəyanatlarla, həm işğaldakı Azərbaycan ərazilərinə ardıcıl qanunsuz səfərlərlə, eləcə də cəbhə boyunca...

İrəvanın 2020-ci il sentyabrın 27-də növbəti dəfə genişmiqyaslı hərbi təxribatı isə son damla oldu. Həmin gün Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakin, o cümlədən, 2 uşaq həlak oldu. Nəhayət, Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabrda xalqa müraciətində bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak oldu: "Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı".


Fuad Səfərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930