Səhiyyəmiz etibarlı əllərdədir
36 saylı Şəhər Poliklinikasının savadlı həkimləri Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdirlər. Heç bir qüvvə onları heç vaxt əqidələrindən döndərə bilməz.
İnsanlara maksimum diqqət və qayğıyla yanaşırlar, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırırlar! Bütün tədbirlərdə 20 yanvar, 12 dekabr və digər tarixi günlərdə keçirilən tədbirlərdə yaxından iştirak edirlər.
Bu gün 36 saylı Şəhər Poliklinikasının savadlı həkimləri İnsanların sağlamlığının keşiyində layiqincə dayanırlar. Onlar bu gün respublikamızın Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana biliblər. 36 saylı Şəhər Poliklinikasının Baş həkim Ramidə İbrahimova, kordioloq Tahirə Quliyeva, okulist həkim Səba Bayramova, USM həkimi İrada Qəmbərova, həkim renginoloq Elşən Qasımov və digərlərinin adını çəkmək olar ki, onlar daim əhaliyə tibbi xidmət göstərirlər. Bu tibb persenalı imkansız ailələrə, şəhid ailələrinə əllərindən gələn köməyi edirlər.
Onlar, bu gün çox nikbindirlər, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərlərinə düşən bütün vəzifələri bir həkim kimi vicdanla və məsuliyyətlə yerinə yetirirlər. Biz də öz növbəmizdə belə tibb işçiləri ilə qürur duyuruq və uğurlar arzulayırıq.
Ceyhun Vaqifoğlu