bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanın ən böyük 3-cü SES-i Azərbaycanın nəzarətinə keçdi

25-12-2020, 15:31 121 dəfə baxılıb

Ermənistanın ən böyük 3-cü SES-i Azərbaycanın nəzarətinə keçdi
Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər dünən oranı tərk ediblər.

Anews.az xəbər verir ki, bu gün "Hraparak” ("Meydan”) qəzetinə açıqlma verən Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan Vorotan (Bərgüşad) çayının sol sahilində Azərbaycan bayrağının dalğalandığını deyib.

Bələdiyyə sədri bildirib ki, bu mövqedə "Tatev" SES, Gorus-Qafan yolunun 4 km uzunluğundakı hissəsi yer alır. Bələdiyyə sədri deyib ki, qardaşına məxsus ev də Azərbaycan tərəfində qaldığı üçün oranı tərk etməli olub.

Məlumat üçün bildirək ki, "Tatev” SES Bərgüşad çayının üzərindəki Vorotan şəlaləsinin aşağı hissəsində yerləşir. Vaxtı ilə Ermənistanda üçüncü ən böyük su elektrik stansiyası olub. Su elektrik stansiyasının ilk hidroelektrik bloku 1970-ci ildə işə salınıb.

SES-in gücü 157,2 MW, orta illik istehsal gücü 670 milyon kilovat-saatdır. "Tatev SES” Ermənistanın enerji sistemində son dərəcə vacib rol oynayıb. 2015-ci ildə stansiyanın sahibi olan "Vorotan Kaskad SES” "Tatev” SES-I Amerikanın "ContourGlobal” şirkətinə 180 milyon dollara satıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031