bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda dəhşətli qəza törədən sürücü ilə bağlı məhkəmə qərar verdi

13-10-2021, 17:52 59 dəfə baxılıb

Bakıda dəhşətli qəza törədən sürücü ilə bağlı məhkəmə qərar verdi



Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un xəbərinə görə, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün səhər saat 06:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan səkkizi ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930