Mingəçevirdə narkotik istifadə edən diş texnikləri saxlanılıb
Mingəçevir şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları həmin obyektə baxış keçirib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb.
Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.
Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.