Rusiya ordusu işğal etdiyi ərazilərin sakinlərindən 9 May tədbirlərinin keçirilməsini tələb edir
Rusiya ordusu Zaporojye vilayətinin işğal edilmiş Berdyansk rayonunda mədəniyyət qurumları qarşısına 9 May günü ilə bağlı konsertlər vermək tələbi qoyub.
Bu barədə Berdyansk şəhərinin meri Aleksandr Svidl məlumat verib.
"Rusiya Federasiyasının nümayəndələri mədəniyyət evlərimizə gələrək 9 May bayramına həsr olunmuş konsertlərin keçirilməsini tələb ediblər. Onlar qanunsuz olaraq direktor təyin ediblər”, – deyə Aleksandr Svidl vurğulayıb.
Mənbə: pravda.com.ua