Rusiya “Wikimedia”nı milyonlarla rubl cərimələyə bilər
“Wikipedia” onlayn ensiklopediyasının fəaliyyət göstərdiyi infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatı “Wikimedia Foundation Inc” Ukraynadakı müharibə və Buçadakı hadisələrlə bağlı məqaləyə görə Rusiyada çoxmilyonluq cərimə ilə hədələnib.
“Wikimedia”dan səkkiz milyon rubl cərimə tələb oluna bilər.
Aprelin 15-də bildirilib ki, Moskva məhkəməsi qeyd olunan kontenti silmədiyinə görə “Wikimedia”, eləcə də “Google”a qarşı inzibati protokollar alıb. Aydınlaşdırılıb ki, qurumların Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı məlumatı və ekstremizmə çağırışları silməkdən imtina etdiklərinə görə məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
Mənbə: Lenta.ru