bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ

26-04-2022, 18:34 62 dəfə baxılıb

Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ
Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olub.

Oxu.Az-ın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.

Mətbuat konfransında Dövlət Dəniz Agentliyinin sabiq rəhbəri Qüdrət Qurbanov yenidən qurumun prezidenti seçilib. Qeyd edək ki, Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.

Konfransda həmçinin Burcu Alqon Cirocianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Federasiyanın baş katibi və MEDİA-nın direktoru Əhməd İsmayılov isə çıxış edərək Azərbaycan Yelkənli İdman Federasiyasının adının dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Yelkən Federasiyası adlandırılacaq.

Xatırladaq ki, daha öncə Mədət Quliyevin rəhbəri olduğu Azərbaycan Velosiped Federasiyasının (AVF) adı dəyişdirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031