bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İsveçli politoloq: “Azərbaycanın neytrallığı ən ağlabatan siyasi mövqedir”

28-04-2022, 10:00 77 dəfə baxılıb

İsveçli politoloq: “Azərbaycanın neytrallığı ən ağlabatan siyasi mövqedir”
“Başa düşmək lazımdır ki, istər Finlandiyada, istərsə də İsveçdə NATO-ya üzv olmaq məsələsində fikir ayrılığı var. Lakin “instrumental qorxu” adlanan hazırkı vəziyyətdə NATO-ya üzv olmaq üçün ictimai dəstək artır. Müharibə bitəndən sonra isə bu dəstək dayanacaq. Həm Helsinki, həm də Stokholm yüksək ictimai dəstəkdən yararlanıb NATO-ya üzv olmağa cəhd edə bilərlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında isveçli analitik, professor, İsveçin Uppsala Universitetinin Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun tədqiqatçısı Qreq Saymons deyib.

Professor vurğulayıb ki, indi Şimali Atlantika Alyansında iştirakın əleyhdarlarının səsləri hazırkı geosiyasi emosiyalara görə bir qədər azalıb.

“Təbii ki, NATO-ya üzvlük Finlandiya və İsveçin beynəlxalq münasibətlərin subyekti deyil, obyektinə çevrilməsi ilə nəticələnəcək. Lakin siyasi səviyyədə Helsinki və Stokholm liberal Avro-Atlantik institusional strukturlara daha da inteqrasiya etməyə və ənənəvi müstəqil mövqelərindən əl çəkməyə hazırlaşır”, - Qreq Saymons düşünür.

Ekspert Azərbaycanın neytrallığını, Qoşulmama Hərəkatına rəhbərliyini isə belə qiymətləndirib:

“Neytrallıq, Qoşulmama Hərəkatında iştirak, şübhəsiz ki, hazırkı qeyri-sabit beynəlxalq vəziyyətdə ən ağlabatan siyasi mövqedir. İndi qlobal geosiyasi oyunların obyektinə çevrilmək üçün çox təhlükəli zamandır”, - deyə Qreq Saymons fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930