bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bolqarıstan: "Azərbaycandan qazın həcminin artımı ən perspektivli variantdır"

14-05-2022, 10:52 217 dəfə baxılıb

Bolqarıstan: "Azərbaycandan qazın həcminin artımı ən perspektivli variantdır"
Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir.

"Report" bu barədə Bolqarıstan mətbuatına istinadən xəbər verir.

Baş nazir Kirill Petkov bildirib ki, iyulun 1-dən ölkə Azərbaycandan razılaşdırılmış təbii qazın bütün həcmini alacaq.

"Qazprom"la müqaviləyə əsasən bazar qiymətlərinə əsaslanır. Bu modelə görə, Serbiyadan qaz ala bilərik. Ən perspektivli variant Azərbaycanla müqavilə əsasında qazın həcminin artırılmasıdır", - bunu isə Bolqarıstanın ictimai-siyasi xadimi, keçmiş iqtisadiyyat və energetika naziri Trayço Traykov deyib.

"Məncə, qaz böhranı yoxdur, çünki qaz var. Qiymətlərlə bağlı problem artıq bir ilə yaxındır ki, mövcuddur", - deyə o əlavə edib.

Traykov qeyd edib ki, ölkədə tələb olunan qazın qalan miqdarı başqa üsullarla kompensasiya edilməlidir.

Traykov Petkovun ABŞ-dan gələn maye qazın qiymətinin həqiqətən də "Qazprom"un qiymətindən aşağı ola biləcəyi ilə razılaşıb.

"Qazın qiyməti həmişə hasilatın və nəqlin qiymətindən deyil, bütün digər amillərdən asılı olub. Qiymət istehsalın maya dəyəri kimi hesablanandan xeyli yüksəkdir və müxtəlif variantlar üçün imkanlar var", - o əlavə edib.

Trayço Traykov hesab edir ki, qaz təchizatı ilə bağlı yeni yaradılmış müvəqqəti komissiyanın işi yaxşıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930