bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğan: “Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir”

16-11-2022, 10:20 23 dəfə baxılıb

Ərdoğan: “Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.

Türkiyə lideri qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir.

Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.

"Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - Türkiyə prezidenti vurğulayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930