Akardan Fransaya MESAJ: "Bəslədiyi ilan özlərini sancmağa başladı"
Fransızların bəslədiyi ilan özlərini sancmağa başladı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, terror təşkilatı tərəfdarlarının Parisdə həyata keçirdikləri iğtişaşlarla bağlı danışarkən bildirib.
"Terrorçulara kömək və dəstək olmağın nə qədər sıxıntılı olduğunu gördülər. Bənzər bir şey buradan uzaqda baş verdi. Harada baş verdi? Parisdə baş verdi. Fransızların bəslədiyi ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”, - Akar Fransaya mesaj verib.
Akar Suriyanın şərqindəki Deyr əz-Zorda terror təşkilatı PKK/YPG üzvlərinin təcavüz etdikləri iki qadını öldürdükdən sonra bölgədəki tayfa nümayəndələrinin reaksiya verdiyi hadisəyə də toxunaraq deyib:
Məlumata görə Hulusi Akar hazırda, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə Suriya sərhədindəki bölmələrdə araşdırma və təftişlərini davam etdirir