Üzeyir Hacıbəyovun heykəlinə yad cisim atılması ilə bağlı araşdırma aparılır
Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.
APA-nın xəbərinə görə, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.
Məsələ ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev sözlərinə görə yayılan görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.