Erməni deputat: "Rusiya hərbi qüvvələri ədəbi qalmayacaq"
Rusiyanın hərbi qüvvələri əbədi qalmayacaq. Ermənistan mümkün gələcək inkişafı təmin etmək üçün qonşuları ilə münasibətləri normallaşdırmağa doğru irəliləyir, mehriban qonşuluq münasibətləri üçün platforma yaradır. Bu, bizim siyasi komandamızın proqramıdır.
Publika.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Qurgen Arsenyan
“news.am” onlayn resursuna müsahibəsində bildirib.
Onun fikrincə, nəticə etibarilə Rusiya sülhməramlılarının təhlükəsizliyin təminatı kimi rolu nə vaxtsa bitəcək.
"Bəlkə də qalacaqlar, amma əhəmiyyətsiz olacaq. Bu zaman məsələsidir”, - deputat bildirib.